Ana Sayfa > Karusel / Siyasət / Dünya > KİV: Pakistanda məmurlar xüsusi icazə olmadan ölkəni tərk edə bilməyəcək

KİV: Pakistanda məmurlar xüsusi icazə olmadan ölkəni tərk edə bilməyəcək


10-04-2022, 10:23. Yazar: Xeberaz





Pakistan Daxili İşlər Nazirliyi yanında Federal Təhqiqat Agentliyinə hər hansı bir dövlət məmurunun "etirazın olmaması haqqında arayış”ı olmadan xaricə getməsinin qarşısını almaq tapşırılıb.
Bu barədə "Dawn” qəzeti Agentliyin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, bu qərar Pakistandakı siyasi vəziyyətlə əlaqədar verilib.
Qəzetin yazdığına görə, ölkənin bütün beynəlxalq hava limanlarında Agentliyin immiqrasiya şöbəsinin əməkdaşları yüksək hazırlıq vəziyyətindədir.



Geri dön