Ana Sayfa > Karusel / Siyasət / Hadisə / Dünya / Foto-fakt / Xəbəraz TV > Rusiya qoşunları vağzalı 2 "İsgəndər"lə vurdu: 30 ölü, 100 yaralı - VİDEO - FOTO

Rusiya qoşunları vağzalı 2 "İsgəndər"lə vurdu: 30 ölü, 100 yaralı - VİDEO - FOTO


8-04-2022, 13:02. Yazar: Xeberaz


Ukraynanın Donetsk vilayətinin inzibati paytaxtı olan Kramatorsk raket atəşinə tutulub.
Xeberaz.Az UNİAN-a istinadən bildirir ki, Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilenkonun dediyinə görə, rusiyalı hərbçilər Kramatorskun dəmiryol vağzalına kaset döyüş başlıqlı 2 "İsgəndər" raketi atıblar.

İlkin məlumatlara görə, 30 nəfər həlak olub, 100 nəfər yaralanıb.

Donetsk və Luqansk vilayətlərində genişmiqyaslı hərbi əməliyyatlar gözləndiyindən rəsmi Kiyev yerli vətəndaşları təcili təxliyəyə çağırmışdı.
Bu səbəbdən Kramatorsk vağzalında yüzlərlə adam vardı.
Milli.Az

Məqaləyə dair fotomateriallar:









Geri dön