Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda qadın döyülərək zorlandı

Bakıda qadın döyülərək zorlandı


22-08-2015, 12:17. Yazar: Fehrad
Bakıda qadın döyülərək zorlandı




Hadisə ilə bağlı təhqiqat aparılıb.

Bakının Sabunçu rayonunda 35 yaşlı qadın zorakılıqla üzləşib.

Xeberaz.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Pirşağı qəsəbəsində yerləşən yeni tikilidə baş verib.

Maştağa qəsəbəsində yaşayan, 1980-cı il təvəllüdlü S. H. əvvəllər tanıdığı Rövşən adlı şəxslə Pirşağı qəsəbəsinə gedib. Orada Rövşən adlı şəxs S. H.-nı döyüb və onunla cinsi əlaqədə olandan sonra hadisə yerindən qaçıb.

S.H. baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə məlumat verib. Hadisə ilə bağlı təhqiqat aparılıb və hadisəyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Sabunçu Rayon Prokurorluğuna göndərilib.
Geri dön