Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Valideynlər uşağı susdurmaq üçün telefon verirlər - Pediatrdan etiraz

Valideynlər uşağı susdurmaq üçün telefon verirlər - Pediatrdan etiraz


8-04-2022, 10:26. Yazar: Xeberaz


"Uşaqlarda telefon, planşet asılılığı aktual problemdir. Problemin əsas səbəbi də valideynlər özləridir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.
Ə.Quliyev bildirib ki, bir yaşına qədər uşağın valideynə ehtiyacı olur və onlara tez-tez suallar verirlər:
"Uşaqlar artıq özləri nəyisə açıb-bağlaya bildikdə, sual verməyə başlayırlar. Valideyn və ətrafdakılar da uşağı susdurmaq üçün telefon verirlər və uşaq susur. Bu cür hallarda uşaqlarda sosiallaşmada, yuxu rejimində problem yaranır".


Geri dön