Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda kişi arvadını “Tik-Tok”dan istifadəyə görə döydü
Azərbaycanda kişi arvadını “Tik-Tok”dan istifadəyə görə döydü7-04-2022, 11:58. Yazar: Xeberaz |
"Report”un əldə etdiyi məlumat görə, bu barədə Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub. İttiham aktına əsasən, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü V.X. (ad, soy adı şərti) həyat yoldaşı L.X. (ad, soy adı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının "Tik-Tok” sosisl şəbəkəsindən istifadə etməsi olub. Daha sonra o, arvadının başına və bədəninin müxtəlif nahiyəsinə yumruqla vurub. Qadının şikayətindən sonra V.X. saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib. Məhkəmədə elan edilib ki, hazırda tərəflər barışıb, zərərçəkmişin V.X.-ya qarşı heç bir şikayəti və tələbi yoxdur. O, məhkəmədən işin xitam olunmasını xahiş edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə icraata xitam verilib və V.X. cinayət məsuliyyətindən azad olunub. Geri dön |