Ana Sayfa > Karusel / Səhiyyə > Toyuqları yumaq olmaz

Toyuqları yumaq olmaz


22-08-2015, 00:31. Yazar: Sahane
Toyuqları yumaq olmaz
Son araşdırmalar bişirməmişdən öncə toyuğu yumağın çox yalnış olduğunu meydana çıxarıb.
Bir çox insan bişirməmişdən əvvəl toyuğun yuyulması mövzusunda həmfikirdir. Hər zaman toyuğu bişirməmişdən öncə onu paketindən çıxardıb, suyun altında yuyuruq. Lakin, toyuğu bakteriyalardan təmizləmək üçün edilən bu hərəkət, əslində onların daha da çox ətrafa yayılmasına səbəb olur.
Avropalı ​​tədqiqatçıların açıqlamasına əsasən, xəstəliklərə səbəb olan bakteriyalar, toyuğun yuyulduğu nöqtədən təxminən 1 metr qədər uzağa sıçraya bilir.
Bu da, toyuğun yuyulması zamanı, xəstəlik ehtimalının çox daha artması deməkdir.
Paketindən çıxardığınız toyuğu birbaşa olaraq bişirin. Toyuqda olan bütün bakteriyalar bişən zaman yox olacaq.
Toyuğu bişirmək üçün qabına qoyduqdan sonra isə əlləri sabun və isti su ilə yumaq lazımdır.
Xəstəlik ehtimalını minimuma endirmənin tək yolu budur.
Geri dön