Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda ağır qəza, Qarabağ qazisi öldü - Foto

Bakıda ağır qəza, Qarabağ qazisi öldü - Foto


7-04-2022, 11:39. Yazar: Xeberaz

Bakıda ağır qəza, Qarabağ qazisi öldü

Nəsimi rayonunda ağır yol qəzası baş verib.
Məlumata görə, yol-nəqliyyat hadisəsi Asif Məhərrəmov küçəsində qeydə alınıb. Sürücü Nəbi İsayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili digər nəqliyyat vasitəsinə çırpılıb.
Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan N.İsayev vəfat edib.
Qeyd edək ki, vəfat edən şəxs Birinci Qarabağ müharibəsi qazisi olub. O, müharibədə bir ayağını itirmişdi.
Faktla bağlı araşdırma aparılır.
Geri dön