Ana Sayfa > Karusel / Hadisə > Bakıda restoranda qorxulu hadisə - Xəsarət alanlar var

Bakıda restoranda qorxulu hadisə - Xəsarət alanlar var


5-04-2022, 18:12. Yazar: Xeberaz

İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Bunu Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.
1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Geri dön