Ana Sayfa > Karusel / Hadisə > Güclü külək nəticəsində Bakıda 9 nəfər xəsarət alıb

Güclü külək nəticəsində Bakıda 9 nəfər xəsarət alıb


5-04-2022, 10:13. Yazar: Xeberaz

Güclü külək nəticəsində Bakıda 9 nəfər xəsarət alıb



Ötən gün Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yaralananlar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar:
"Onlara TƏBİB-in tabeliyindəki tibb müəssisələrində zəruri ambulator tibbi yardım göstərilib. Artıq, xəsarət alanların hər biri evə buraxılıb.
Qeyd edək ki, xəsarət alanlardan 8-i qadın, biri isə 16 yaşlı oğlan uşağı olub".



Geri dön