Ana Sayfa > Karusel / Hadisə > 56 yaşlı kişi qardaşı arvadını niyə öldürüb? - Cəlilabaddakı qətlin təfərrüatı

56 yaşlı kişi qardaşı arvadını niyə öldürüb? - Cəlilabaddakı qətlin təfərrüatı


2-04-2022, 11:40. Yazar: Xeberaz





Cəlilabadda 49 yaşlı qadının qaynı tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.
Qətlə səbəb mülk davası olub.
Belə ki, qətli törədən - rayonun Sarxanlı kənd sakini, 1966-cı il təvəllüdlü Mehdi Həsənov qardaşı Loğman Həsənovun evinə gələrək onlardan evi tərk etmələrini istəyib.
Loğman Həsənov isə qardaşının içkili olduğunu görüb və təhlükəli vəziyyət yaradacağını düşünərək iki oğlu ilə birgə çölə çıxaraq gizlənib. Az sonra isə Mehdi Həsənov mübahisə nəticəsində qardaşı arvadı, 1973-cü il təvəllüdlü Südabə Həsənovanı ürəyindən bıçaqlayıb. Yaralı çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
Mehdi Həsənov hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.



Geri dön