Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda dəhşətli avtobus qəzası - ölən və yaralananlar var

Azərbaycanda dəhşətli avtobus qəzası - ölən və yaralananlar var


29-03-2022, 17:35. Yazar: Xeberaz


Ağstafada baş verən yol qəzasında 2 nəfər ölüb.
Bakı-Qazax magistral yolunun rayonun Köçəsgər kəndindən keçən hissəsində "Mersedec-Sprinter" markalı mikroavtobus qoşqulu yük maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Xəsarət alan bir neçə nəfər Ağstafa və Qazax xəstəxanalarına aparılıb.
Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.

Geri dön