Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Şəmkirdəki güclü partlayış səsləri nə ilə bağlıdır? - YENİLƏNİB

Şəmkirdəki güclü partlayış səsləri nə ilə bağlıdır? - YENİLƏNİB


29-03-2022, 17:26. Yazar: Xeberaz


Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 28.03.2022-ci il tarixdən 02.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq.
-------
14:39
Bu gün Şəmkir rayonunda güclü partlayış səsləri eşidilib. Ərazidə yaşayan sakinlər səslərdən narahat olaraq informasiya almaq məqsədilə redaksiyamıza müraciət ediblər.
Partlayış səsləri hazırda Seyfəli poliqonunda aparılan utilizasiya işləri ilə bağlıdır.
Belə ki, işğaldan azad edilmiş ərazilərdən toplanan yararsız hərbi silah-sursat və texnikalar poliqonda təhlükəsiz şəkildə partladılaraq məhv edilir.
Sakinlərin narahatlığı üçün heç bir əsas olmadığı bildirilib.

Geri dön