Ana Sayfa > Karusel / Gündəm / Təhsil > Məktəblərdə ibtidai siniflər üçün yaz tətili olacaq - Tarix AÇIQLANDI

Məktəblərdə ibtidai siniflər üçün yaz tətili olacaq - Tarix AÇIQLANDI


28-03-2022, 12:53. Yazar: Xeberaz


Azərbaycandakı ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsi üzrə qaydalara əsasən müəyyən olunmuş günlərdə yaz tətil günləri olacaq.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunub.
Xatırladaq ki, pandemiya səbəbindən məktəblərdə tədris gec başladığından şagirdlərin payız və qış tətili ləğv edilmişdi. Ona görə də payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri idi.

Geri dön