Ana Sayfa > Karusel / Gündəm / Texnologiya > “Samsung” özünün yeni “Samsung Pay” ödəniş xidmətini istifadəyə verib

“Samsung” özünün yeni “Samsung Pay” ödəniş xidmətini istifadəyə verib


21-08-2015, 13:43. Yazar: Xeberaz
“Samsung” özünün yeni “Samsung Pay” ödəniş xidmətini istifadəyə verib

“Samsung” korporasiyası Cənubi Koreyada yeni smartfonlar vasitəsilə ödənişlər həyata keçirməyə imkan verən “Samsung Pay” xidmətini istifadəyə verib.

Xeberaz.az -ın “runews24.ru” saytına istinadən verdiyi məlumata görə, bundan sonra istifadəçilər alış-veriş edərkən “Samsung” smartfonlarını mağazanın kassasına toxundurmaqla ödəniş edə biləcəklər. Bu funksiyanı dəstəkləyən yeni avadanlıqların siyahısına “Galaxy S6”, “Galaxy S6 Edge”, “Galaxy S6 Edge+” və ya “Galaxy Note 5” smartfonları daxildir. Əsas şərt budur ki, bu ödəniş kartı “Samsung Pay” xidmətini dəstəkləyən banklar tərəfindən verilməlidir. Bundan başqa, bu xidmət vasitəsilə NFC-oxuyucu avadanlıqlarını dəstəkləyən terminallarla ödəniş etmək də mümkün olacaq.

Xatırladaq ki, bu günlərdə “Samsung” korporasiyasının özünün “Galaxy” seriyasından yeni smartfonlar istehsal edəcəyi də məlum olub.
Geri dön