Ana Sayfa > Karusel / Hadisə > Bayramdan qalan salat bir ailəni xəstəxanalıq etdi

Bayramdan qalan salat bir ailəni xəstəxanalıq etdi


28-03-2022, 08:33. Yazar: Xeberaz

Bayramdan qalan salat bir ailəni xəstəxanalıq etdi

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib.
1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-cı il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumada görə həmin şəxslər bayramdan qalan salatdan zəhərləniblər.
 



Geri dön