Ana Sayfa > Karusel / Siyasət / Dünya > Məşhur televangelist: İncildə var, Putinin əsl məqsədi...

Məşhur televangelist: İncildə var, Putinin əsl məqsədi...


27-03-2022, 18:06. Yazar: Xeberaz


Putin Ukraynanı müvəqqəti düşərgə kimi istifadə edir, əsl məqsədi İsraildir. Qarşı sahildə Ərdoğan, Türkiyə var. Aralarında da Çanaqqala boğazı mövcuddur, oraya körpü quracaq. İncili oxuyun, bunlar olacaq.
Bu sözləri dünyanın məşhur televangelistlərindən (televiziyada təbliğat yolu ilə missionerliklə məşğul olan adam) Pat Robertson ABŞ-ın CBN kanalında Rusiya-Ukrayna müharibəsi haqqında çıxışı zamanı deyib.
Qeyd edək ki, CBN kanalı (Xristian Yayım Şəbəkəsi) amerikalı mühafizəkar yevangelistlər tərəfindən qurulub, əsasən bu istiqamətdə təbliğatla məşğul olur.

Geri dön