Ana Sayfa > Karusel / Şou-Biznes > "Acından hələ heç kim ölməyib" - Brilliant Dadaşova
"Acından hələ heç kim ölməyib" - Brilliant Dadaşova23-03-2022, 12:37. Yazar: Xeberaz |
"Yemək edə bilmirəm, vaxtım yoxdur buna. Evin sonbeşiyi olmuşam, bacılarım gözəl hazırlayıb. Mənim bişirdiyimi bəyənməzdilər. Deyirdilər, sən əl-ayağa dolaşma". Bu sözləri Xalq artisti Brilliant Dadaşova "Həmin Zaur" proqramında deyib. Müğənni insanları az yeməyə səsləyib: "Yemək bir şeydir, hər şey deyil. Yeməyə önəm vermək lazım deyil, bütün bəlalar yeməkdən gəlir: təzyiq, şəkər. Acından hələ heç kim ölməyib. Ancaq yeməkdən bütün xəstəliklər gəlir. Evdə axşam masanın üstündə şirnilər görəndə deyirəm ki, özünüzü o dünyaya bir addım yaxınlaşdırırsınız. Saat 6-dan sonra yeməyin, su için". Geri dön |