Ana Sayfa > Karusel / Hadisə > Bakıda hesabı ödəməyən müştəri kafe sahibini bıçaqladı

Bakıda hesabı ödəməyən müştəri kafe sahibini bıçaqladı


23-03-2022, 11:51. Yazar: Xeberaz


Bakının Xətai rayonunda bıçaqlanma baş verib.
Hadisə General Şıxlınski küçəsində yerləşən iaşə obyektlərinin birində qeydə alınıb.
Kafe sahibi 1979 - cu il təvəllüdlü Məmmədov Ramin Müsfər oğlu, hesabı ödəmədiyi üçün müştəri ilə mübahisə edib.
Tərəflər arasında mübahisə bundan sonra davaya keçib.
Bu zaman kafe sahibi R.Məmmədov bıçaqlanıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Geri dön