Ana Sayfa > Karusel / Hadisə > Bakıda 25 evin su sayğacını oğurlayan şəxs saxlanıldı

Bakıda 25 evin su sayğacını oğurlayan şəxs saxlanıldı


22-03-2022, 10:41. Yazar: Xeberaz

Bakıda 25 evin su sayğacını oğurlayan şəxs saxlanıldı



Binəqədi qəsəbəsində 25 evin su sayğacını oğurlayan şəxs saxlanılıb.
DİN-dən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qorxmaz Kərimov tutularaq istintaqa təqdim edilib.
O, Binəqədi qəsəbəsində müxtəlif vaxtlarda 25 evin su sayğacını oğurladığını və əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib. Oğurlanan su sayğaclarından bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı 43-cü Polis Bölməsində  toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib araşdırmalar davam etdirilir.
 

Geri dön