Ana Sayfa > Karusel / Gündəm > Sabah Bakıda yağıntılı hava olacaq

Sabah Bakıda yağıntılı hava olacaq


21-03-2022, 13:30. Yazar: Xeberaz







Martın 22-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 22-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Axşama doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi 7-12 m/s gündüz şimal-qərb küləyi 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-7° isti olacaq.



Geri dön