Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda bir ailə dəm qazından zəhərləndi: İkisi azyaşlıdır

Azərbaycanda bir ailə dəm qazından zəhərləndi: İkisi azyaşlıdır


21-03-2022, 11:30. Yazar: Xeberaz






Qazax rayonunda bir neçə nəfər dəm qazından zəhərlənib.
Hadisə şərti olaraq "SU-15” adlanan ərazidə yerləşən evlərin birində qeydə alınıb.
Həmin evdə yaşayan ailə ata, ana və övladları - Mahmudov Tural Həsən oğlu (1985-ci il təvəllüdlü), Mahmudova Lamiyə İlqar qızı (1995), Mahmudzadə Yağmur Tural qızı (2012), Mahmudzadə Sahil Tural oğlu (2015) zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya aparılıblar. Onlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.

Geri dön