Ana Sayfa > Karusel / Hadisə > Masallıda çay daşdı - köməksiz qalan 21 nəfər təxliyə edildi
Masallıda çay daşdı - köməksiz qalan 21 nəfər təxliyə edildi19-03-2022, 13:15. Yazar: Xeberaz |
Aramsız yağışlar nəticəsində Masallı rayonundan keçən Alvadı çayı məcrasından çıxıb. Ötən gecədən suyun səviyyəsi getdikcə artmaqda davam edib. Nəticədə sel suları yaşayış həyətlərinə, evlərinə dolub. Bu gün səhərdən FHN-in xilasediciləri əraziyə ezam olunub. Kiçik həcmli gəmilər vasitəsilə 17 nəfər Təzə Alvadı kəndində, 4 nəfər isə Molloba kəndində köməksiz vəziyyətdə olan insanlar təxliyə olunub. Hazırda xilasedicilər Boradigah qəsəbəsi ərazisində işləyirlər. Sel sularının təsərrüfatlara və əkin sahələrinə ciddi ziyan vurduğu bildirilir. Geri dön |