Ana Sayfa > Karusel / Hadisə / Dünya > İranda ilaxır çərşənbənin qeyd edilməsi zamanı 13 nəfər həlak olub

İranda ilaxır çərşənbənin qeyd edilməsi zamanı 13 nəfər həlak olub


16-03-2022, 09:10. Yazar: Xeberaz

İranda ilaxır çərşənbənin qeyd edilməsi zamanı 13 nəfər ölüb.
Bu barədə İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfər bildirib.
"Bu gecə saat 20:30-a qədər təəssüf ki, 13 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib", - deyə C.Madfər qeyd edib.
Onun sözlərinə görə, hadisələr nəticəsində 814 nəfər xəsarət alıb.

Geri dön