Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > "Anamın bir çanta brilyantı və evi mənə qaldı" - Video

"Anamın bir çanta brilyantı və evi mənə qaldı" - Video


15-03-2022, 12:07. Yazar: Xeberaz

"Anamın bir çanta brilyantı və evi mənə qaldı" - Video




Müğənni Zahidə Günəş anasından ona qalan mirası açıqlayıb.
Sənətçi bu haqda "Elgizlə izlə" proqramında danışıb. O bildirib ki, anasının bütün mirası ona qalıb:
"6 uşağıq, böyük qardaşım rəhmətə getdi. Anam bacımgildə rəhmətə getdi. Oğlu məni çağırdı ki, nənə özünü pis edirdi, çantanı verib ki, sənə verək. Mənə verməyə də bilərdilər, götürərdilər. Çantanı götürdüm, qoydum kənara. Rayondakı böyük mülkümüzün açarını da mənə verdilər. Şəkillərimizin arasında anamın vəsiyyətini tapdıq. Evi bir bacıma və mənə verdi. Qardaşım və bacılarım dedi ki, evin balacasısan, heç nədə gözümüz yoxdur. Evi də, brilyantlar da mənə qaldı. Satdım, Bakıdan ev aldım. Pandemiyada da qızılları satdım. Azərbaycandan kənara çıxmadım, burada qaldım. 
Müğənnilər var hər şeyini satır, efirə xərcləyir. Mən isə satdım, böyük həyət evi aldım".










Geri dön