Ana Sayfa > Karusel / Hadisə > Bakıda kişi 27 yaşlı arvadını dəhşətli şəkildə öldürdü

Bakıda kişi 27 yaşlı arvadını dəhşətli şəkildə öldürdü


14-03-2022, 10:33. Yazar: Xeberaz

Bakıda kişi 27 yaşlı arvadını dəhşətli şəkildə öldürdü



Xəzər rayon Prokurorluğu Bakıda qadının qətli ilə bağlı məlumat yayıb.
Prokurorluqdan  daxil olan məlumatda deyilir:
"Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
Geri dön