Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda ana uşağına DAĞ BASDI: “Məni cinlər məcbur etdi” - FOTO

Azərbaycanda ana uşağına DAĞ BASDI: “Məni cinlər məcbur etdi” - FOTO


12-03-2022, 11:19. Yazar: Xeberaz

Azərbaycanda ana uşağına işgəncə verib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib: 
"Bu gün sığınacağa yerləşdirilən körpəmizdir. Anası bildirirdi ki, "cinlər məni məcbur etdi, çırpdım uşağı yerə..." 
Çırpılmaqdan uşağın üzü bu günə düşməz. Demək ki, cinlər ritual həyata keçirib..."
Ağazadə açıqlamasında isə uşağın anasının ruhi xəstə olduğunu vurğuladı:
"Uşağın anası qeydiyyatda olan ruhi xəstədir. Hazırda dispanserə yerləşdirilib. Uşağı bizə 40-cı bölmənin polisləri gətirib, vəziyyəti normaldır".

Məqaləyə dair fotomateriallar:






Geri dön