Ana Sayfa > Karusel / Gündəm / M2 > Rusiya Azərbaycana uçuşları bərpa etdi - Siyahıda daha 7 ölkə var

Rusiya Azərbaycana uçuşları bərpa etdi - Siyahıda daha 7 ölkə var


11-03-2022, 11:50. Yazar: Xeberaz

Rusiya Azərbaycana uçuşları bərpa etdi


Rusiya koronavirus pandemiyası ilə bağlı Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara qoyulan məhdudiyyətləri ləğv edib.
Bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi  (“Rosaviasiya”) yayıb.
Bildirilir ki, 2022-ci il martın 9-u Rusiya hökumətinin qərarına əsasən, sözügedən ölkələrə müntəzəm və qeyri-müntəzəm reyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. 
Reyslər qarşılıqlı əsasda həyata keçiriləcək.
Xatırladaq ki, martın 6-dan başlayaraq, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılmışdı.







Geri dön