Ana Sayfa > Karusel / Maraqlı > Dəfnə yarpağını çeynəyin - Boğaz iltihabının qarşısını alır, soyuqdəymədən qoruyur...

Dəfnə yarpağını çeynəyin - Boğaz iltihabının qarşısını alır, soyuqdəymədən qoruyur...


11-03-2022, 11:48. Yazar: Xeberaz


Efir yağları ilə zəngin olan dəfnə yarpağı güclü viris, mikrob və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
Mütəxəssislər soyuq fəsillərdə boğaz və udlağın iltihabının qarşısını almaq, soyuqdəymə və virus xəstəliklərinin riskini azaltmaq, immun sistemini gücləndirmək üçün dəfnə yarpağını çeynəməyi tövsiyə edirlər.
Dəfnə yarpağının əvvəl kiçik, sonra daha böyük hissəsini bir neçə dəqiqə ərzində çeynəyin və sonra tüpürün.
Bu sadə vasitə həmçinin respirator infeksiyaları zamanı iltihabı və boğaz ağrısını azaltmağa, həzmi yaxşılaşdırmağa, şəkər və xolesterini salmağa kömək edir, ağız boşluğunu təravətləndirir.
Həkimlər qeyd edirlər ki, hamiləlik və əmizdirmə zamanı və həmçinin qəbizlik və xora xəstəliyindən əziyyət çəkənlərə dəfnə yarpağını çeynəmək olmaz.    




Geri dön