Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt / Xəbəraz TV > Aygün Kazımovadan yazdılar: "Xalat da geyinsə, yaraşır" - FOTO/VİDEO

Aygün Kazımovadan yazdılar: "Xalat da geyinsə, yaraşır" - FOTO/VİDEO


11-03-2022, 11:14. Yazar: Xeberaz

Aygün Kazımovadan yazdılar: "Xalat da geyinsə, yaraşır" - FOTO/VİDEO



Xalq artisti Aygün Kazımova yenidən diqqət mərkəzindədir.
Sənətçi şəxsi instaqram hesabında yeni görüntülərini paylaşıb. Kazımova qızılı rəngli libası ilə bütün diqqətləri üzərinə toplayıb. 51 yaşlı ifaçının dərin sinə dekolteli libası müzakirələrə səbəb olub. 
Hər zaman dəbli və qlamur tərzi ilə seçilən Kazımova bu dəfə də azərbaycanlı modelyer və dizayner Rüfət İsmayılın kolleksiyasına müraciət edib. 
Xalq artistinin saç və makiyajı üzərində peşəkarlardan ibarət komanda çalışıb. Sənətçinin instaqram izləyiciləri ilə bölüşdüyü görüntüləri rəğbətlə qarşılanıb.
İstifadəçilər Kazımovanın ünvanına "Alovunuz hər yerə işıq saçdı. Şarmlı ulduzumuz", "Gün kimi parıldayan Aygün", "Təəccüblənməyin, həqiqətən, xalat da geyinsə, yaraşır, həm də brend görünür", "Hər zaman baxımlı, hər zaman aktual qadın" kimi xoş sözlər yazıblar. 

 

 

 

 








Geri dön