Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > Bakıda avtomobil aşıb, bir ailənin beş üzvü xəsarət alıb - VİDEO - FOTO

Bakıda avtomobil aşıb, bir ailənin beş üzvü xəsarət alıb - VİDEO - FOTO


11-03-2022, 11:01. Yazar: Xeberaz


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.
Tural Ağayev idarə etdiyi "Hyundai" markalı maşını "Nissan" markalı avtomobilə çırpıb.
Zərbənin gücündən "Nissan" işıqfora dəyərək aşıb.
Hadisə zamanı "Nissan" markalı nəqliyyat vasitəsinin içərisində olan bir ailənin beş üzvü xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə nəticəsində işıqfor yararsız vəziyyətə düşüb.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qəzaya uğramış avtomobillər cərimə meydançasına aparılıb.

Məqaləyə dair fotomateriallar:









Geri dön