Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > "Tarqovı"da binada yanğın, ev sahibi yanaraq öldü - VİDEO

"Tarqovı"da binada yanğın, ev sahibi yanaraq öldü - VİDEO


10-03-2022, 11:06. Yazar: Xeberaz

"Tarqovı"da binada yanğın, ev sahibi yanaraq öldü - VİDEO - YENİLƏNİB 

Bakıda ev sahibi yanaraq ölüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Geri dön