Ana Sayfa > Karusel / Hadisə / Dünya > Donuz ürəyi köçürülən ilk insan öldü

Donuz ürəyi köçürülən ilk insan öldü


10-03-2022, 11:04. Yazar: Xeberaz


Dünyada geni dəyişdirilmiş donuzdan ürək nəqli edilən ilk insan olan Devid Bennet dünyasını dəyişib.
Devid Bennet əməliyyatdan sonra iki ay yaşayıb.
Onun vəziyyəti bir neçə gün əvvəl pisləşməyə başlayıb və 57 yaşlı kişi martın 8-də ölüb.
Bildirilib ki, Bennet əməliyyatın risklərini bilirdi. O, əməliyyata qədər artıq altı həftə yataq xəstəsi olmuş, onu həyatda saxlayan aparata bağlanmışdı.
Xatırladaq ki, D.Bennet yanvarın 7-si Baltimorda əməliyyat olunmuşdu.

Geri dön