Ana Sayfa > Karusel / Hadisə / M2 > Oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.

Oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.


21-08-2015, 00:21. Yazar: Xeberaz
Oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.
“Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb”.

Mingəçevirdə polis bölməsində müəmmalı ölüm hadisəsi baş verib. Belə ki, Mingəçevir şəhər polis idarəsinə çağırılan 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun bir müddətdən sonra ölüm xəbəri gəlib.

Xeberaz.az xəbər verir ki, Bəhruz Hacıyev atası Dilsuz Hacıyevin ANS-ə verdiyi məlumata görə, onun oğlu polis idarəsinə dindirilmək məqsədi ilə aparılıb.

Amma polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar.

D.Hacıyevin sözlərinə görə, oğlu polis idarəsinə aparılandan təxminən 20 dəqiqə sonra ölüb.

“Polislər deyirlər ki, oğlum özünü 3-cü mərtəbədən aşağı atıb. Amma bu mənə inandırıcı gəlmir”, - deyə D.Hacıyev bildirib.

B.Hacıyevin meyiti xəstəxananın morquna yerləşdirilib.
Geri dön