Ana Sayfa > Karusel / Şou-Biznes > "Sevgi sözünə inanmıram. Çünki sevənlərin çoxu yanıma boşanmağa gəlir"

"Sevgi sözünə inanmıram. Çünki sevənlərin çoxu yanıma boşanmağa gəlir"


8-03-2022, 14:50. Yazar: Xeberaz

"Sevgi sözünə inanmıram. Çünki sevənlərin çoxu yanıma boşanmağa gəlir".
Bunu Baku TV-də yayımlanan "O kimdir?" verilişində qonaq olan məşhur vəkil Şəfiqə Nağıyeva deyib.
Hüquqşünas olmağa anasına görə qərar verən vəkil onu evlənməyə məcur edən səbəbdən, öz boşanmasının 5 il çəkməsindən danışıb.
Onun sözlərinə görə, idarə etdiyi ən çətin məhkəmə prosesi həyat yoldaşına xəyanət edən qadına görə yalan danışması olub.
Vəkil "bu yaxınlarda bir nəfər məni öldürəcəyini, nəvələrimi oğurlayacağını demişdi", - deyə məhkəmə işlərinə görə aldığı hədə-qorxulardan danışarkən deyib.

Geri dön