Ana Sayfa > Karusel / Hadisə > Bakıda qəzaya uğrayan avtobusla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Bakıda qəzaya uğrayan avtobusla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB


8-03-2022, 12:10. Yazar: Xeberaz

Bakıda qəzaya uğrayan avtobusla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB



Bakı Nəqliyyat Agentliyi Bakıda baş verən qəza barədə açıqlama verib.
Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev  açıqlamasında bildirib ki, 07 mart 2022-ci il tarixində saat 20:30 radələrində Suraxanı rayonu Yeni Bahar yaşayış maasivində yol nəqliyyat hadisəsi baş verib.
“Bildirib ki, “Azlənd-Plaza” MMC-nin müvəqəti istismarında olan 161 nömrəli müntəzəm marşrut xətti üzrə avtobus Suraxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman UAZ markalı yük avtomobili qarşısına çıxıb. Avtobusun sürücüsü toqquşmadan yayınmaq üçün avtobusu yol kənarındakı boş əraziyə yönəldib. Hadisə vaxtı avtobusda sərnişinlərin olmasına baxmayaraq xəsarət alan olmayıb”, - o bildirib.
Qurum rəsmisinin sözlərinə görə, KİV-də bu hadisə zamanı guya 12 nəfərin xəsarət alması barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir.
Geri dön