Ana Sayfa > Karusel / Hadisə > Zibil qutusunda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB

Zibil qutusunda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB


6-03-2022, 14:58. Yazar: Xeberaz

Zibil qutusunda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB



Qəbələ rayonunda zibil qutularında bədənin hissələri tapılan meyitin kimliyi məlum olub.
Meyiti tapılan qadın 1999-cu il təvəllüdlü Aytac Əliyevadır.
Qeyd olunub ki, gənc qadının həyat yoldaşı tərəfindən öldürüldüyü ehtimal olunur.
xxx
13:21
Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.
Dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.
Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.
Tapılan meyitin 20-25 yaşlarında olan gənc qadına aid olması ehtimal olunur.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Geri dön