Ana Sayfa > Karusel / Dünya / M2 > Əbubəkr əl-Bağdadinin tayfası ondan üz döndərdi

Əbubəkr əl-Bağdadinin tayfası ondan üz döndərdi


20-08-2015, 23:52. Yazar: Xeberaz
Əbubəkr əl-Bağdadinin tayfası ondan üz döndərdi

“Farsnews”-in verdiyi xəbərə əsasən, İŞİD liderinin tayfası ondan üz döndərdiklərini açıqlayıb. İŞİD lideri Əbubəkr əl-Bağdadinin də mənsub olduğu “Əlbu Bədri” tayfası, qrupun törətdiyi cinayətləri məhkum edərək, qrup liderinə heç vaxt beyət etmədiklərini bildiriblər. Adının gizli qalmasını istəyən tayfa rəhbələrindən biri belə bildirib: “İŞİD beynəlxalq teror təşkilatıdır və hansısa tayfaya mənsub deyil. Bizim bu qrupa heç bir bağlılığımız yoxdur və bu qrupu terrorist qrupu kimi tanıyırıq. Samirə əyalətində yerləşən Əl-Bədr şəhərində olan bu tayfanın 10 min nəfər üzvü var./İslamazeri/
Geri dön