Ana Sayfa > Karusel / Hadisə / Dünya > Kiyevdə minik avtomobili atəşə tutuldu - 2 ölü, 4 yaralı

Kiyevdə minik avtomobili atəşə tutuldu - 2 ölü, 4 yaralı


5-03-2022, 11:10. Yazar: Xeberaz

Kiyev vilayətində mülki avtomobil Rusiya qoşunları tərəfindən atəşə tutulub.
Bu barədə məlumatı Kiyev Vilayət Prokurorluğu yayıb.
Atəş nəticəsində avtomobildə olan 2 nəfər dünyasını dəyişib. Həlak olanların biri qadın, digəri 17 yaşlı qız olub.
Avtomobildə olan daha 4 nəfər isə yaralanıb. Onlar da 7 yaşından 17 yaşına qədər qızlardır.
Avtomobil yolda hərəkət edərkən üzərində "V" işarəli hərbi texnika kolonu ilə qarşılaşıb. Kolonda olan tank pulemyotlarından avtomobilə atəş açıldığı bildirilir. 
Martın 4-ü baş verən bu hadisə ilə bağlı cinayət işi başlanılıb.

Geri dön