Ana Sayfa > Karusel / Hadisə > Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olundu-YENİLƏNİB

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olundu-YENİLƏNİB


4-03-2022, 09:39. Yazar: Xeberaz

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olundu - VİDEO - YENİLƏNİB





Xaçmaz rayonunun Gödəkli kəndində itə ağılasığmaz işgəncə verən şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.
O bildirib ki, iti asaraq öldürən şəxslə bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma başladılıb.
"Həmin şəxs-yəni, rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov barəsində fevralın 19-da İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir) tədbir görülüb".
Geri dön