Ana Sayfa > Karusel / Hadisə > İntihar edən şagird məktubda nə yazıb? - "Müəllimlərdən bezmişəm"

İntihar edən şagird məktubda nə yazıb? - "Müəllimlərdən bezmişəm"


3-03-2022, 13:05. Yazar: Xeberaz

Ötən gün Xudatda məktəblinin intihar etməsi ilə bağlı bəzi detallar məlum olub.Sosial şəbəkələrdə hadisə ilə bağlı bəzi iddialar yayılıb.

İddialara görə, M. Vəliyev intihardan əvvəl yazdığı məktubda atasından, müəllimlərdən və direktordan bezdiyini qeyd edib.

Həmçinin, şagirdin direktorun onun telefonunu əlindən aldığına görə intihar etdiyi də iddialar sırasındadır.

Daha bir məlumata görə isə, şagirdin yaxınları hadisəyə görə direktoru döydüyü bildirilir.

Faktla bağlı şagirdin oxuduğu 1 saylı məktəbin direktoru Ayaz Mirzəyevlə əlaqə saxladıq.

A. Mirzəyev saytımıza açıqlamasında yayılan iddiaların əsassız olduğunu bildirdi: "Onun sözlərinə görə, prokurorluqda şagirdin yazdığı məktub onun yanında oxunub:

“Şagird məktubunda yazıb ki, məni düzgün başa düşmürlər. Yaxınlarımdan, oxuduğum məktəbdən narazıyam. Orada direktordan bezmişəm ifadəsi olmayıb”.

Direktor həmçinin mərhum şagirdin məktəbdə intizam qaydalarına riayət etmədiyini də dilə gətirib.

Onun sözlərinə görə, dəfələrlə bununla bağlı M. Vəliyevin valideynləri məktəbə dəvət olunub.

Geri dön