Ana Sayfa > Karusel / Siyasət / Gündəm / Xəbəraz TV > Rus qoşunları Xersona girdi - Şəhər meri Zelenskiyə müraciət etdi - VİDEO

Rus qoşunları Xersona girdi - Şəhər meri Zelenskiyə müraciət etdi - VİDEO


2-03-2022, 09:38. Yazar: Xeberaz

Rus qoşunları Xersona girdi - Şəhər meri Zelenskiyə müraciət etdi - VİDEO



Rusiya hərbçiləri yerli hakimiyyət orqanları ilə danışıqlardan sonra Xersona daxil olublar.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Xersonun meri İqor Kolıxayev şəhərdəki mövcud vəziyyətlə bağlı prezident Zelenskiyə müraciət edib. O bildirib ki,
rus qoşunları şəhərin ətrafında hərəkət edərək onun infrastrukturunu məhv edirlər.
O əlavə edib ki, hazırda Xersonda rusiyalı hərbçilər çay limanı və dəmiryol vağzalını ələ keçiriblər.
Təsdiqlənməmiş məlumata görə, şəhərdə Təhlükəsizlik Xidmətinin binası atəşə tutulub, bundan sonra orada yanğın başlayıb.









Geri dön