Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyədə növbəti terror: qatar partladıldı

Türkiyədə növbəti terror: qatar partladıldı


20-08-2015, 21:44. Yazar: Xeberaz
Türkiyədə növbəti terror: qatar partladıldı

PKK terrorçuları Türkiyədə növbəti terakt törədib.
Xeberaz.az-ın DHA-ya istinadən məlumatına görə, terrorçular bu dəfə qatara bombalı hücum təşkil edib. Terrorçuların əvvəlcədən Muş-Elazığ reysi üzrə hərəkət edən qatarın relslərinə yerləşdirdiyi bombaların partlaması nəticəsində yük qatarının 4 vaqonu aşıb. Hadisə bu gün saat 12:30-da Bingölün Solhan ilə Muş arasında baş verib.

Partlayış nəticəsində ölən və yaralanan olmayıb. Hücum səbəbi ilə dəmir yolu xətti bağlanılıb və qaçan terrorçuların tutulması üçün əməliyyat başlanılıb.
Geri dön