Ana Sayfa > Karusel / Hadisə > Bakıda yaşayış binasında yanğın - Ölən var

Bakıda yaşayış binasında yanğın - Ölən var


1-03-2022, 09:18. Yazar: Xeberaz

Bakıda yaşayış binasında yanğın - Ölən var



Bakı şəhərinin Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Geri dön