Ana Sayfa > Karusel / Səhiyyə > Övlad sahibi ola bilməyənlərin nəzərinə - Müalicəsi pulsuz olacaq

Övlad sahibi ola bilməyənlərin nəzərinə - Müalicəsi pulsuz olacaq


26-02-2022, 14:01. Yazar: Xeberaz

Azərbaycanda sonsuzluğun müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər.
Bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, sonsuzluğun müalicəsi hələki xidmətlər zərfinə daxil edilməyib.
"Amma bu, gələcəkdə xidmətlər zərfinə daxil ediləcək. Bu, artıq nəzərdə tutulub. Amma uşaqla bağlı hər hansı xəstəliklərin müalicəsi, əməliyyatlar xidmətlər zərfində var", - deyə Z.Əliyev vurğulayıb.

Geri dön