Ana Sayfa > Karusel / Hadisə / Dünya > Ukrayna möcüzəsi: anasının sığındığı metroda doğuldu

Ukrayna möcüzəsi: anasının sığındığı metroda doğuldu


26-02-2022, 10:32. Yazar: Xeberaz


Bu gecə Ukraynanın paytaxtı Kiyevin şəhər metropoliteninin stansiyalarından birində yeni həyat doğulub.
Rusiya qoşunları ilə ağır döyüşlər getdiyi şəhərdə sakinlərin sığınacaq kimi istifadə etdikləri metroya düşən hamilə qadın gecə saatlarında ana olub.
Kiyevlilərin "Ukrayna möcüzəsi" adlandırdıqları, yeni dünyaya gələn qıza anası Miya adını verib.
Şəhər Metropoliteni rəisinin müavini Natalya Makoqo Miyanın anasını təbrik edib.
"Balaca Miyaya firavan həyat, sağlamlıq və yaşamında qələbələr arzulayıram", - N.Makoqon deyib.

Məqaləyə dair fotomateriallar:






Geri dön