Ana Sayfa > Karusel / Şou-Biznes > “Görünür, Məlahətin həyatında əsl kişi aktyor partnyoru olmayıb”

“Görünür, Məlahətin həyatında əsl kişi aktyor partnyoru olmayıb”


26-02-2022, 10:24. Yazar: Xeberaz

Əməkdar incəsənət xadimi Məlahət Abbasova sosial şəbəkədə Ukrayna Prezidenti Volodimir Zelenski barədə yazdığı fikirlərə aktyor Azər Aydəmir sərt reaksiya verib.
Sənətçi bu barədə sosial media hesabında yazıb:
"Məlahət xanım öz seçdiyi sənətə hörmət eləmirsə, bu, onun problemidir. Görünür, Məlahət xanımın həyatında möhkəm, lider və əsl kişi aktyor partnyoru olmayıb. Xanımın məsələyə siyasi təfəkkürlü sənət adamı kimi deyil də, Azərbaycan seriallarına baxan orta statistik qadın kimi fikir bildirməsi təəssüf doğurur".
Qeyd edək ki, M.Abbasova V.Zelenski barədə bu fikirləri səsləndirmişdi:
"Volodimir Zelenski aktyor, ssenarist və rejissordur. Komediyaçı və siyasətçidir. Siyasət onun işi deyil. Aktyordan lider olar? Adama deyərlər ki, get, aktyorluğunu və rejisssorluğunu et. Əlbəttə ki, bu savaşda yalnız qalacaq".

Geri dön