Ana Sayfa > Karusel / Gündəm / Reportaj > "Patı" çəkən şəxsi necə müəyyən etmək olar? - Baş direktordan CAVAB

"Patı" çəkən şəxsi necə müəyyən etmək olar? - Baş direktordan CAVAB


23-02-2022, 09:57. Yazar: Xeberaz

"Patı" çəkən şəxsi necə müəyyən etmək olar? - Baş direktordan CAVAB

 “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu “patı” çəkən insanların necə müəyyən edilməsi ilə bağlıdır. 
"“Şüşə”, “patı” deyilən maddə hazırda yeniyetmələr, hətta qızlar arasında geniş yayılıb. Narkotik istifadəçiləri arasında “şüşə”, “patı” adlanan kimyəvi adı metanfetamin olan narkotik maddə laborator şəraitdə heç bir təbii maddələrdən istifadə olmayan kimyəvi proseslər nəticəsində alınan maddədir. Onun orqanizmə təsiri ilk növbədə neyromediator olan dofaminin kəskin artması ilə əlaqəlidir".
Bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib. 
 
Bəs, “patı" qəbul edəni necə müəyyən etməli?

Bu sualını da elə Narkoloji Mərkəzin baş direktoru Orxan Cəfərov cavablandırıb.
O bildirib ki, bu narkotiki qəbul edən şəxsdə kəskin oyanıqlıq qeyd olunur: 
“Yorulmadan hərəkətdə olurlar, dayanmadan danışırlar, hərəkət aktivliyini cilovlaya bilmirlər. Narkotikin təsiri keçəndən sonra isə xəstələrdə süstlük, depressiv əhval-ruhiyyə (hətta suisidal fikirlərlə) qeyd olunur”.



Geri dön