Ana Sayfa > Karusel / M2 / Qarabağdan xəbər var > Şuşanın son görüntüləri

Şuşanın son görüntüləri


24-03-2015, 22:15. Yazar: Xeberaz

Şuşanın son görüntüləri
Xeberaz.az musavat.com-a istinadən xəbər verir ki, Milli-azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsinin veteranı Bəhruz Əsədbəyli əvvəllər bir neçə dəfə olduğu kimi, yenə də 23 ildən bəri düşmən tapdağında olan Şuşa şəhərindən çəkilmiş son fotoları sosial şəbəkədə paylaşıb.

Şəkillərdə Şuşanın qala divarları, əsrarəngiz təbiəti görünür. Sosial şəbəkədə səhifəsi olan şuşalılar, eləcə də vaxtilə bu yerlərdə gəzib-dolanmış qonaqlar şəkildə gördükləri yeri tanıyır, kədərli şərhlər yazırlar.

Amma bu fotoları paylaşmaqda məqsəd nostaljiyə qapılmaq deyil, müasir gənclərə Şuşanın bizim olduğunu, onu unutmaq haqqımızın olmadığını aılamaqdır.

Şuşa unudulmaz. Şuşa davası sona qədər davam edəcək. Divin canı şüşədə olduğu kimi bizim də canımız Şuşadadır.
Geri dön