Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > 25 yaşlı gənci ölümcül döyüb, qulağını kəsdilər - TƏFƏRRÜAT - VİDEO

25 yaşlı gənci ölümcül döyüb, qulağını kəsdilər - TƏFƏRRÜAT - VİDEO


20-02-2022, 12:57. Yazar: Xeberaz





Samux rayonunun Füzuli kəndində 25 yaşlı gəncə bir neçə nəfər ağır xəsarətlər yetirib.
Samux rayon Kolayır kənd sakini, 25 yaşlı M.Əliyev bir neçə nəfər tərəfindən yaşadığı kənddən Füzuli kəndinin ərazisinə aparılıb. Orada gənci döyən şəxslər onun qulağının birinin yarıdan çox hissəsini kəsiblər.
Baş və üz nahiyəsindən ağır zərbələr alan gənc tanınmaz hala düşüb.
Samux RPŞ-nin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirərək vətəndaşa xəsarət yetirən şəxslərin kimliyini müəyyə edib.
Araşdırmalar zamanı məlum olub ki, M. Əliyevi rayonun Füzuli kəndində yerləşən "Şəhidlər bulağının” su krantını qırdığına görə, həmin kəndin sakinləri Rahib Bayramlı, Nəriman Qələndərli, Həsrət Qəmbərli və Rüfət Əliyev tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri yetirilib.
Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, hazırda Samux rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. 



Geri dön