Ana Sayfa > Karusel / Hadisə > İmişlidə DƏHŞƏT: Kişi beton hasarın altında qalaraq öldü
İmişlidə DƏHŞƏT: Kişi beton hasarın altında qalaraq öldü18-02-2022, 11:26. Yazar: Xeberaz |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin "112” qaynar telefon xəttinə rayonun Cəfərli kəndində beton hasarın uçması nəticəsində uçqun altında qalan 1984-cü il təvəllüdlü Xələfov Maqsud İlham oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində M.Xələfovun meyiti beton plitənin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Geri dön |